Rusiyanın İvanova şəhərində 2004-2007-ci il təvəllüdlü yeniyetmələr arasında qılıncoynatmanın şpaqa növü üzrə ikinci “Rusiyanın qızıl üzüyü” adlı komandalar arası açıq turnir keçirilib. SİA-nın məlumatına görə, qızların yarışında Alfiyə Abdinova, Azərin İdriszadə və Nazilə Rəhimovadan ibarət komandamız da iştirakçılar arasında yer alıb.
Yeniyetmə şpaqaçılarımız 7 komandanın mübarizə apardığı turnirdə bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə məğlub olan idmançılarımız turniri 2-ci pillədə başa vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB