“Mercedes” 2019-cu ildə keçiriləcək Formula 1 yarışında yeni motorla mübarizə aparacaq. SİA-nın məlumatına görə, bu haqda İtaliya mətbuatında xəbərlər yayılıb. İddiaya əsasən, komandanın mütəxəssisləri yeni motor konsepti seçərək, mühərriki tamamilə yenidən hazırlayıblar. Yeni motor boliddə daha az yer tutacaq. Mühərrikin enerjini geri qazanma sistemi daha da inkişaf etdirilib. Motorun gücü isə 12 at gücü artırılıb. 2018-ci ildəki motorla müqayisədə bu mühərrik daha az yanacaq istifadə edəcək. Yeni mövsümdə pilotların 5 litr daha çox yanacaq istifadəsinə icazə veriləcəyi bildirilmişdi. Ancaq “Mercedes” daha az yanacaq istifadə etdiyi üçün, yarışda digərlərindən daha şanslı olacaq.
Komandanın yanacaq və yağ partnyoru olan Malayziyanın “Petronas” şirkəti isə alman maşınının yeni güc səviyyəsinə çatmasında kilid rolu oynayıb. Belə ki, şirkət mühərrikin gücünün artımı üçün yeni yağ yaradıb. Bu yağ motorda daha az sürtünməni təmin edərək mühərriki gücləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB