Rayan Babel "Fulhem"ə keçir

Beşiktaş"ın yarımmüdafiəçisi Rayan Babel karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Türkiyə mətbuatının yazdığına görə, hollandiyalı futbolçu "Fulhem"lə anlaşıb. Premyer Liqa təmsilçisi 32 yaşlı futbolçuya görə İstanbul klubuna 2 milyon avro təzminat ödəyəcək.

"Beşiktaş"ın yaxın saatlarda transferi rəsmən açıqlayacağı bildirilir. Qeyd edək ki, 2 il öncə azad agent kimi "Beşiktaş"a keçən Babelin "qara qartallar"la sözləməsi bu mövsümün sonuna qədər idi.

Bütün xəbərlər Facebook səhifəmizdə