“Şuşa”: “Klub aldırdın, gəl indi zəhmət çək, kömək et bizə"

“Şuşa”: “Klub aldırdın, gəl indi zəhmət çək, kömək et bizə"
I divizionda çıxış edən "Şuşa"da yeni təyinatlar olub. SİA-nın məlumatına görə, Belçikada türklərin başçılıq etdiyi "Football Sportive Consult" şirkətinin himayəsinə keçən klubun yeni rəhbərlərindən biri mətbuat işçisidir. Belə ki, jurnailst Vüsal Gözəlov klubun vitse-prezidenti təyin olunub.
Üç gün öncə rəsmi müqaviləyə imza atan Vüsal Gözəlov özünü sübut etməyə çalışacağını bildirib: "Klubun sponsoru Mehmet Kayrımla çoxdan dost idim. İstanbulda tanış olmuşduq. İkimiz də Türkiyənin "Beşiktaş" klubunun azarkeşi olduğumuz üçün dostluğumuz yaxşı idi. Azərbaycan futbolu barədə də danışmışdım ona. Arada əlaqə saxlayırdıq. Daha sonra Azərbaycana gəlib klub almaq istədiyini dedi və məndən kömək istədi. Klub almaqlarına kömək etdim, daha sonra Memet bəy "Klub aldırdın, gəl indi zəhmət çək, kömək et bizə" deyib vəzifə təklif etdi. Klubda görüləsi çox iş var. Özüm həmişə futbol adamlarını, klubların işini tənqid etmişəm. İndi həm də o yazdıqlarıma görə, mütləq uğur qazanmalıyam. Yoxsa, hər kəs haqlı olaraq deyər ki, "Jurnalist olanda tənqid etmək asan idi, amma özün bacarmadın". Var gücümlə çalışıb klubu və öz adımı yüksəldəcəyəm. Və sübut edəcəyəm ki, futbol jurnalistləri həqiqətən də bu işi bəzi klub rəhbərlərindən daha yaxşı bilir (premyerliqa.az)".
Qeyd edək ki, klubun yeni sponsoru "Football Sportive Consult" şirkətinin rəhbərlərindən olan Mehmet Kayrım "Şuşa"nın idman direktoru təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə