Azərbaycan birinciliyində 2-ci günün qalibləri müəyyənləşib - FOTOLAR

Azərbaycan birinciliyində 2-ci günün qalibləri müəyyənləşib - FOTOLAR

“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin yarışları davam edir. SİA-nın məlumatına görə, 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda 2-ci günün qalibləri məlum olub. Nigar Səhrabova (40 kq), Zeynəb Məmmədova (52 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Mətin Rzazadə (66 kq) və Ruslan Nəsirli (90 kq) respublika çempionu adına layiq görülüblər.

Ölkə birinciliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə