"Valensiya" "Çelsi"dən icarəyə götürdüyü futbolçunu geri göndərib
"Valensiya" mövsümün əvvəlində "Çelsi"dən 1 illik icarəyə götürdüyü Mişi Batşuayini geri göndərib. Bunu klubun idman direktoru Mateu Alemani "Football Espana"a açıqlayıb. Britaniya mətbuatı isə Belçika millisinin hücumçusu ilə "Kristal Pelas"la "Vest Hem" klublarının maraqlandığını yazıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm La Liqada 15 oyuna çıxıb və cəmi 1 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB