"Bavariya"nın futbolçularından Frank Riberi zədələnib. Klubun saytında yer alan xəbərə görə, 35 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinin məşqində xəsarət alıb. Almaniya mətbuatı onun yaşıl meydanlara 2 həftədən sonra qayıdacağını yazıb. Qeyd edək ki, fransalı futbolçu bu mövsüm Bundesliqada 14 oyuna 4 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB