Türkiyənin "Akhisar" futbol klubundan ayrılan Yevgeni Seleznyov karyerasını İspaniyada davam etdirəcək. 33 yaşlı hücumçu Sequnda təmsilçisi "Malaqa"da çıxış edəcək. Klubun saytı futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalandığını açıqlayıb. Qeyd edək ki, Ukrayna millisinin üzvü "Şaxtyor", "Dnepr", "Kuban", "Karabükspor" kimi klublarda oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB