Neymarın atası “Barselona” ilə gizli görüş keçirib?

Neymarın atası “Barselona” ilə gizli görüş keçirib?

İspaniya mətbuatı Fransanın “Paris Sen-Jermen” klubunun ulduz futbolçusu Neymarın atası və agentinin “Barselona”nın nümayəndələri ilə Braziliyada gizli görüş keçirdiyini bildirib. “Catalunya Radio” xəbər verir ki, görüşdə kataloniyalıların nümayəndəsi Andre Kari iştirak edib. 2018-ci ilin noyabrında da belə bir görüş təşkil olunub və tərəflər razılığa gələ bilməyiblər.

Qeyd edək ki, braziliyalı 2013-2017-ci illərdə “Barselona” klubunda çıxış edib. O, “Paris Sen-Jermen” klubuna futbol tarixində rekord məbləğə - 222 milyon avroya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə