Karate üzrə yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Xorvatiyaya məsul yarışa yollanıblar. Azərbaycan Milli Karate Federasiyasından SİA-ya verilən məlumata görə, Samoborda 11-13 yanvar tarixlərində keçiriləcək 28-ci Qran Pri tirnirində 22 idmançımız iştirak edəcək.
Kumite üzrə baş məşqçi Anar Allahverdiyev yeniyetmələrdə 5 idmançının, müxtəlif yaşlı gənclərdə isə 14 karateçinin yarışa qatılmasına üstünlük verib. 14-15 yaşlı yeniyetmələrdə Ramil Balakişiyev (-52 kq), Hüseyn Məmmədli (-57 kq), Tale Yaqubov (-63 kq), Osman Osmanlı (+70 kq), Fidan Dadaşova (-47 kq), 16-17 yaşlı gənclər arasında Fərid Əbdülkərimov (-55 kq), Əminağa Quliyev (-61 kq), Tural Yaqubov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıqova (-48 kq), Ayla Rzazadə (-59 kq), 18-20 yaşlı gənclərin yarışında isə Müseyib Məmmədov (-60 kq), Qəşəm İskəndərov (-75 kq), Murad Hacızadə (+84 kq), Emil Güləhmədov (+84 kq), İnci Əzizova (-55 kq), Bəsti İsmayılova (-61 kq), Zamira Rzayeva (-68 kq) tatamiyə çıxacaq.
Kata üzrə baş məşqçi Vahid Ayvazov isə 14-15 yaşlı yeniyetmələrdə Emin Namazovun, 16-17 yaşlı gənclərdə Ceyhun İsgəndərovun, 18-20 yaşlı gənclərdə Roman Heydərovun yarışda mübarizə aparmasını məqbul sayıb. Qran Pri turnirinə həmçinin kata üzrə məşqçi Anar Əhmədov, milli hakimlər Mir-Cabbar Seyidov, Seymur Məmmədov və Mehman Mədətov da yola düşüb.
Xorvatiyada Qran Pri turnirində 23 ölkədən 209 klubun tərkibində 1621 karateçi iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB