Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov “Tata Steel Masters-2019”da yarışacaqlar
Yanvarın 12-də Hollandiyanın Veyk-an-Zee şəhərində ənənəvi “Tata Steel Masters-2019” şahmat turniri start götürəcək. SİA xəbər verir ki, 81-ci dəfə keçiriləcək turnirin iştirakçıları arasında 11 dünya çempionu və ən güclü qrossmeysterlər yer alıb. Turnirdə Azərbaycanı 2007-ci ildə bu yarışın qalibi olan qrossmeyster Teymur Rəcəbov və hazırda dünya reytinqində üçüncü pillədə olan Şəhriyar Məmmədyarov (2817) təmsil edəcəklər.
Xatırladaq ki, 1938-ci ildən keçirilən “Tata Steel Masters” turnirlərində ən çox qalib gələn şahmatçı hazırkı dünya çempionu, norveçli Maqnus Karlsendir. O, altı dəfə bu turnirin qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB