"Qalatasaray" daha bir əcnəbi futbolçusu ilə yollarını ayırır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Yunes Belhanda komandasını dəyişməyə hazırlaşır.
Qari Rodrigesi 10 milyon avroya Səudiyyə Ərəbistanı təmsilçisi “Əl İttihad”a satan "cim-bom" Belhanda məsələsini də bu klubla həll edir. Tərəflər 7 milyon avroluq məbləğdə ilkin razılıq əldə ediblər. Danışıqlarda yalnız xırda detallar qalıb və yaxın günlərdə Belhandanın da keçidi açıqlanacaq.
Qeyd edək ki, Belhanda Galatasaray-a ötən mövsümün əvvəlində 9 milyon avro müqabilində Kiyev Dinamo-sundan keçmişdi. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm 15 matçda 5 qol ötürməsi ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB