Voleybol yığmamız səfərdə İsveç millisinə uduzub

Voleybol yığmamız səfərdə İsveç millisinə uduzub

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması yanvarın 9-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib. “G” qrupunda qərarlaşan millimiz səfərdə İsveç yığmasının qonağı olub.

İtaliyalı baş hakim Roberto Barisin idarə etdiyi oyun İsveç millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “G” qrupunda 17 xalla birinci pillədə qərarlaşan Yunanıstan yığması turnirin final mərhələsinə adlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə