“Qalatasaray”dan transfer açıqlaması

“Qalatasaray”dan transfer açıqlaması

“Qalatasaray” Portuqaliyanın “Çaves” klubunun müdafiəçisi Markao və “Bursaspor”dan ayrılan Əmrə Taşdəmiri transfer edir. İstanbul klubunun rəsmi saytında yer alan xəbərə görə, “sarı-qırmızılar” hər iki futbolçu ilə danışıqlara başladığını açıqlayıb. Transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, iki mövsümdür Portuqaliya çempionatında oynayan 22 yaşlı Markao bu mövsüm 23 oyunda 3 qol vurub. 23 yaşlı sol cinah müdafiəçisi Əmrə isə bu mövsüm Bursa təmsilçisinin heyətində sadəcə, 1 oyunda meydana çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə