İngilis klubu bu futbolçuya görə 60 milyon avro təklif edir

İngilis klubu bu futbolçuya görə 60 milyon avro təklif edir

İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “İnter” komandasının müdafiəçisi Milan Şkrinara görə, 60 milyon avrosundan keçməyə hazırdır. “Tuttomercatoweb” nəşri yazır ki, “İnter” klubu isə 23 yaşlı slovakiyalı futbolçunun satışından 90 milyon avro əldə etmək niyyətindədir. Bu keçid alınsa futbol tarixində ən bahalı müdafiəçi transferi olacaq.

Milan Şkrinar 2017-ci ildə İtaliyanın “Sampdoriya” klubundan transfer olunub. Cari mövsüm “neradzura”nın heyətində 23 oyunda start heyətdə meydana çıxıb və bir qolla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə