"Keşlə"dən 4 cavabsız qol

"Keşlə" mövsümün ikinci yarısına hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, paytaxt klubu Türk Hava Yolları Futbol Mərkəzində I Divizion təmsilçisi "Qaradağ Lökbatan”la qarşılaşıb. Oyun Tərlan Əhmədovun yetirmələrinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. "Keşlə"nin yeni transferi Vüsal İsgəndərli də debüt matçında qol vurub.

"Keşlə" - "Qaradağ Lökbatan" 4:0
Qollar
: Nikola Mitroviç, 35 (pen.), Seymur Əsədov, 42, Vüsal İsgəndərli, 45, Andre Klennon, 90

Bütün xəbərlər Facebook səhifəmizdə