Gənclər və İdman İdarəsinin rəisi vəfat edib - Naftalanda

Gənclər və İdman İdarəsinin rəisi vəfat edib - Naftalanda

Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi Rövşən Aslanov vəfat edib. SİA-nın məlumatına görə, 49 yaşlı R.Aslanov bu gün sübh saatlarında yaşadığı mənzildə dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, hər zamankı kimi yuxuya gedən idarə rəisi səhər oyanmayıb. Onun təzyiq xəstəliyindən əziyyət çəkdiyi, bir müddət əvvəl müalicə üçün Yessentukiyə getdiyi qeyd edilir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə