Azərbaycan boksçuları Türkiyədə yarışacaqlar

Azərbaycan boksçuları Türkiyədə yarışacaqlar

Türkiyənin Tekirdağ vilayətində boks üzrə beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, yarışda Azərbaycan idmançılarının da iştirakı gözlənilir. Turnir 2016-cı ildə Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyacaq. Yarışa Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Bolqarıstan, Rumıniya, Gürcüstan, Ukrayna, Macarıstan və Qazaxıstandan da boksçular dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə