“Çelsi”nin futbolçusu Sesk Fabreqas “Monako”da tibbi baxışda olub. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçi dünən Fransaya gedərək tibbi müayinədən keçib. O, “Knyazlıq klubu”u ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə edib. Lakin 31 yaşlı futbolçu daha sonra Londona qayıdıb.
Məsələ ondadır ki, “Çelsi” futbolçusuna əvəzləyici tapdıqdan sonra onu buraxmaq istəyir. Fabreqasın qış transfer pəncərəsində “Moanko”ya keçidi alınmasa, transfer yayda gerçəkləşəcək. Qeyd edək ki, 2014-cü ildə “Barselona”dan “Çelsi”yə keçən Fabreqasın London klubu ilə müqaviləsi bu ilin yayında başa çatır. O, “Çelsi”də əsas heyətə düşməkdə çətinlik çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB