Agenti açıqladı: "Alleqri “Yuventus”la müqaviləni uzatmağa çalışır”
İtaliyanın “Yuventus” klubunun baş məşqçisi Massimiliano Alleqri “Real Madrid”dən təklif alıb. “Tuttosport” nəşri xəbər verir ki, buna baxmayaraq, 51 yaşlı mütəxəssis “Yuventus”dakı vəzifəsində qalmaq niyyətindədir.
“Biz “Yuventus” ilə müqaviləni uzatmaq istəyirik. İstəyimizə nail olsaq çox sevinərik. Massimiliano Alleqri klub ilə müqaviləni uzatmağa çalışır”, - deyə mütəxəssisin agenti bildirib. Daha əvvəl xarici KİV-lər M.Alleqrinin “Mançester Yunayted” klubunun maraq dairəsində olduğunu bildirirdilər.
Qeyd edək ki, M.Alleqri “qoca sinyora”nı 2014-cü ildən çalışdırır. O, klub ilə dörd dəfə İtaliya çempionatının, İtaliya kubokunun, bir dəfə isə Super kubokunun qalibi olub. Baş məşqçisinin “Yuventus” ilə hazırkı müqaviləsi 2020-ci ilin yayınadək qüvvədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB