Üçqat Olimpiya çempionu karyerasını başa vurub

Üçqat Olimpiya çempionu karyerasını başa vurub

Yaponiyalı qadın güləşçi, üçqat Olimpiya çempionu Saori Yoşida karyerasını bitirdiyini bildirib. 36 yaşlı S.Yoşida “Twitter”dəki səhifəsində bu barədə yazıb: “Mən 33 illik karyerama son qoyuram. Dəstəyə görə hamıya minnətdarlığımı bildirirəm”.

O, 2004-cü, 2008-ci və 2012-ci illərdə keçirilən Olimpiya Oyunlarında 55 kiloqram çəki dərəcəsində çempion olub. On üç dəfə dünya çempionu adını qazanan S.Yoşida bu göstərici üzrə həm qadınlar, həm də kişilər arasında mütləq rekord müəyyən edib.

Bütün xəbərlər Facebook səhifəmizdə