Elvin Yunuszadə "Səbail"ə transfer edilib

Elvin Yunuszadə "Səbail"ə transfer edilib

"Səbail" qış transfer pəncərəsində ilk keçidini reallaşdırıb. SİA-nın məlumatına görə, "Sabah"dan ayrılan Elvin Yunuszadə "Səbail"ə keçib. Millimizin üzvü "dənizçilər"lə 1,5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi karyerası ərzində "Neftçi" (2011-2015) və "Qarabağ"ın (2015-2018) uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 3 oyun keçirib, 1 qol vurub. Elvin Yunuszadə "Sabah"a 2018-ci ilin oktyabrında üz tutmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə