Arif Əsədov: ""Qalatasaray"ın hazırlğı da öz müxtəlifliyi ilə seçilir"
Türkiyənin "Qalatasaray" komandası Antalyada təlim-məşq toplanışını davam etdirir. SİA-nın məlumatına görə, İstanbul təmsilçisinin hazırlıq prosesini "Neftçi"nin baş məşqçisi də izləyir. Arif Əsədov "sarı-qırmızılar"ın məşqindən sonra klubun rəsmi saytına fikirlərini bildirib: "Belə imkanı mənə yaratdığı üçün klubumuzun prezidenti Sadıq Sadıqova minnətdarlğımı bildirirəm. Həmçinin, "Qalatasaray" rəhbərliyi də mənim məşqləri izləməyim üçün lazımi şərait yaradıb. Açığı, burada "sarı-qırmızılar"ın təlim-məşq prosesini təqib etmək üçün bir çox prosedurdan keçmək lazımdır. Ancaq biz "Qalatasaray"la əməkdaşlıq etdiyimiz üçün mən rahat şəkildə onların hazırlığına baxıram, texniki-takitiki məşqlər zamanı qeydlərimi aparıram. Mən özüm məşq prosesində rəngarəngliyi sevən məşqçiyəm, "Qalatasaray"ın hazırlğı da öz müxtəlifliyi ilə seçilir"..
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB