Bu gün "Everton"nun rəsmiləri Bakıya gələcək

Bu gün "Everton"nun rəsmiləri Bakıya gələcək

"Everton" klubunun beynəlxalq əlaqələr və futbol departamentinin rəhbəri David Harrisonun başçılıq etdiyi nümayəndə heyəti bu gün axşam saatlarında Bakıya gələcək. "Neftçi" klubunun  mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sabah isə İngiltərə klubunun rəsmiləri "Neftçi" PFK-nın rəhbərliyi ilə görüşəcəklər. Elə həmin gün, yanvarın 7-si saat 12:00-da "Trend" İnformasiya Agentliyində mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, İngiltərə klubunun nümayəndələrinin səfəri "Neftçi"nin futbolçusu Araz Abdullayevin "Everton"a keçidi ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə