"Neftçi" Aqil Məmmədovu transfer edib

"Neftçi" Aqil Məmmədovu transfer edib

“Qəbələ”dən ayrılan Aqil Məmmədovun "Neftçi"yə keçidi rəsmiləşib. Sİa-nın məlumatına görə, 29 yaşlı qapıçı ilə 1.5 illik müqavilə imzalanıb.O, yeni klubunda 30 nömrəli formanı geyinəcək.

Bunadək "Bakı”, AZAL, "Qəbələ” klublarında çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə "Neftçi”nin qapısını qoruyub. O, Azərbaycan milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl mərkəz yarımmüdafiəçiləri - qvineyalı Mamadu Kane və həmyerlimiz Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2.5 illik müqavilə bağlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə