Qadın futbolunda çalışan mütəxəssislər üçün məşqçi kursu başlayıb

Qadın futbolunda çalışan mütəxəssislər üçün məşqçi kursu başlayıb

Yanvarın 7-də AFFA-nın Futbol Akademiyasında qadın futbolunda çalışan mütəxəssislər üçün UEFA-nın “B” kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb. SİA xəbər verir ki, yanvarın 11-də başa çatacaq məşğələlərə UEFA təlimatçısı, almaniyalı mütəxəssis Anya Paluşeviç rəhbərlik edir. Ona qadınlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Əsgərli və məşqçi Zamir Həsənov kömək edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə