"Barselona"nın futbolçusu A Seriyasına doğru

"Barselona"nın futbolçusu A Seriyasına doğru

"Barselona"nın futbolçusu Filipe Malkom karyerasını İtaliyada davam etdirə bilər. İspaniya mətbuatının yazdığına görə, “Latsio” braziliyalı hücumçunun xidmətində maraqlıdır. İtaliya klubunun prezidenti Kladio Lotito və idman direktoru İqli Tarenin “Barselona” nümayəndələri ilə görüşdüyü bildirilir. “Latsio” 21 yaşlı futbolçunu icarəyə götürmək istəyir.

Qeyd edək ki, F.Malkom iyulda Kataloniya klubu ilə 5 illik müqavilə imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə