PSV-nin futbolçusu Nikolas İsimat-Mirinin “Beşiktaş”a keçidi rəsmiləşib. Klubun saytında yer alan xəbərə görə, fransalı futbolçu ilə 3.5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi bu keçid üçün PSV-yə 300 min avro ödəyəcək. Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2015-ci ildən Hollandiya klubunda çıxış edirdi. O, PSV-dən əvvəl Fransada "Valensyen" və "Monako" klublarında da oynayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB