Pol Poqba təlim-məşq toplanışına aparılmadı

Pol Poqba təlim-məşq toplanışına aparılmadı

“Mançester Yunayted” təlim-məşq toplanışı məqsədi ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yollanıb. İngilis klubunun saytında yer alan xəbərə görə, komandanın yarımmüdafiəçisi Pol Poqba toplanışına qatılmayıb. Buna səbəb fransalı futbolçunun Premyer Liqanın son turunda “Nyukasl”la oyunda zədələnməsidir.

Poqbanın yaxın günlərdə komandaya qoşulacağı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə