Fransalı futbolçu "Beşiktaş"da!

Fransalı futbolçu "Beşiktaş"da!

PSV-nin müdafiəçisi Nikolya İzima-Miren karyerasını Türkiyədə davam etdirəcək. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, fransalı futbolçunun İstanbul nəhəngi "Beşiktaş"a keçidi rəsmiləşib.

Klublar arasında danışıqlar artıq yekunlaşıb. Bu transferin PSV-yə nə qədər qazandırdığı açıqlanmasa da, 27 yaşlı mərkəz müdafiəçisinin yeni komandası ilə 3,5 illik müqavilə imzaladığı bildirilib. Onun "ağ-qaralar"dakı məvacibi barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Nikolya İzima-Miren PSV-dən əvvəl "Valensyenn" və "Monako"da çıxış edib. O, Fransanın U-20 və U-21 yığmalarının formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə