Mourinyo "Benfika"nın təklifinə "yox" dedi

Mourinyo "Benfika"nın təklifinə "yox" dedi

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Benfika"nın təklifini rədd edib. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis ən yaxın vaxtda öz ölkəsində çalışmağı düşünmədiyini bildirib.

Qeyd edək ki, Mourinyo 2000-ci ildə 3 ay "Benfika"nın baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə