"Mançester Yunayted" İngiltərə kubokunda qələbə qazanıb

"Mançester Yunayted" İngiltərə kubokunda qələbə qazanıb

"Mançester Yunayted" futbol klubu, İngiltərə kubokunda 1/32 final mərhələsinin oyununa çıxıb. "Qırmızı şeytanlar" doğma meydanda "Redinq"lə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

"Mançester Yunayted" - "Redinq" - 2:0
Qollar: Xuan Mata, 22-pen, Romelu Lukaku, 45

Bu qələbə ilə "MY" növbəti mərhələyə yüksəlib. Beləliklə, Mançester təmsilçisinin yeni baş məşqçisi Ole-Qunner Sulşer klubda ardıcıl 5-ci qələbəsini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə