PSJ ilə mövsümün sonunda müqaviləsi başa çatacaq Adrien Rabyo karyerasını "Barselona"da davam etdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransa millisinin üzvü yayda Kataloniya klubu ilə 5 illik müqavilə bağlayacaq. Rabyo İspaniya nəhəngindən 10 milyon avro imza pulu da alacaq. Onun illik maaşı 10 milyon avro olacaq.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi PSJ-nin yetirməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB