Meksikanın "Dorados" klubunun baş məşqçisi Dieqo Maradona xəstəxanaya yerləşdirilib. SİA-nın məlumatına görə, Buenos-Ayresdəki klinikaların birində tibbi müyainədən keçən argentinalı mütəxəssisin mədəsində qanaxma olduğu üzə çıxıb. Nəticədə həkimlər onun xəstəxanada qalmalı və əməliyyat edilməli olduğunu bildiriblər. Ancaq onlar problemin elə də ciddi olmadığını söyləyiblər.
Qeyd edək ki, əfsanəvi futbolçu ötən ilin sentyabrından "Dorados" klubuna başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB