“Masters” beynəlxalq turnirinin ilk turuna yekun vurulub - FOTOLAR
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun xatirəsinə həsr olunan “Masters” beynəlxalq turnirinin ilk turunun oyunlarına yekun vurulub. SİA-nın məlumatına görə, beynəlxalq şahmat festivalı çərçivəsində “A” qrupu üzrə (qrossmeyster və beynəlxalq usta normalı) 10 şahmatçının (onlardan 4-ü qrossmeysterdir) iştirak etdiyi yarışda Azərbaycan şahmatçıları Ülvi Bacarani (2421), Abdulla Qədimbəyli (2409), İran təmsilçisi Araş Təhbaz (2468) və ukraynalı şahmatçı Mixail Simantsev (2401) ilk turda qələbə qazanaraq aktivlərinə 1 xal yazdırıblar.
Azərbaycanlı şahmatçılarla yanaşı, Rusiya, İran, Ukrayna və Gürcüstan təmsilçilərinin də mübarizə apardığı turnirə yanvarın 11-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB