Bundesliqada ilk dövrənin rəmzi heyəti açıqlanıb - FOTO

Bundesliqada ilk dövrənin rəmzi heyəti açıqlanıb - FOTO

Almaniya Bundesliqasında cari mövsümün ilk dövrəsinin rəmzi heyəti açıqlanıb. SİA-nın məlumatına görə, rəmzi heyətdə ilk dövrəni 42 xalla lider bitirən "Borussiya Dortmund"un 5 futbolçusu yer alıb:

Qapıçı: Peter Qulaçi ("Laypsiq");

Müdafiəçilər: Yozua Kimmih, Niklas Süle (hər ikisi "Bavariya"), Dayot Upamenko ("Laypsiq"), Əşrəf Hakimi ("Borussiya Dortmund");

Yarımmüdafiəçilər: Marko Roys, Aksel Vitsel, Ceydon Sanço (hər üçü "Borussiya Dortmund");

Hücumçular: Sebastyen Aller, Luka Yoviç (hər ikisi "Ayntraxt"), Robert Levandovski ("Bavariya");

Ən yaxşı ehtiyat oyunçu: Pako Alkaser ("Borussiya Dortmund").

Bütün xəbərlər Facebook səhifəmizdə