101 milyon avroluq futbolçu yenə zədələndi

101 milyon avroluq futbolçu yenə zədələndi

"Real"ın futbolçusu Qaret Beyl növbəti dəfə zədələnib. La Liqanın 17-ci turunda "Vilyarreal"a qarşı matçda (2:2) start heyətdə meydana çıxan uelsli hücumçu zədə səbəbindən cəmi bir hissə oynayıb və İsko ilə əvəzlənib. Onun bərpa müddətinin məlum olmadığı bildirilib. "AS" qəzeti yazır ki, bu, 2013-cü ildə “Real”a transfer olunan Beylin Madrid klubunda 22-ci zədəsidir. 29 yaşlı futbolçu bu zədələrə görə ümumilikdə 84 oyun buraxıb. Beyl “Real” 101 milyon avroya “Tottenhem”dən transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə