Rəşad Sadiqov Tərlan Əhmədovun köməkçisi oldu

Rəşad Sadiqov Tərlan Əhmədovun köməkçisi oldu

Ötən il futbolçu karyerasını başa vuran millimizin sabiq üzvü Rəşad Sadiqov məşqçiliyə başlayıb. Belə ki, 35 yaşlı veteran futbolçu "Keşlə"də çalışacaq. Klubun rəsmi saytı Sadiqovla müqavilə imzalandığını açıqlayıb. O, baş məşqçi Tərlan Əhmədovun köməkçisi kimi çalışacaq. Qeyd edək ki, R.Sadiqov karyerası ərzində "Neftçi", "Qarabağ", "Xəzər Lənkəran" və "Qəbələ" kimi klublarda çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə