Benjamin Mendidən Aqueroya: “Səni arvadımdan daha çox sevirəm"

Benjamin Mendidən Aqueroya: “Səni arvadımdan daha çox sevirəm"

"Mançester Siti”nin futbolçusu Benjamin Mendi şəxsi "Tvitter" hesabında komanda yoldaşı Serxio Aquero haqda maraqlı paylaşım edib. 24 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının 21-ci turunda evdə “Liverpul”u məğlub etdikləri oyundan (2:1) sonra argentinalı futbolçu ilə şəklini paylaşaraq yazıb: “Səni həyat yoldaşımdan belə daha çox sevirəm, qardaşım”.
S. Aquero da bu paylaşıma cavab olaraq “Mən də səni sevirəm, qardaşım” yazaraq cavab verib. Qeyd edək ki, Aquera "Liverpul"la matçda ilk qolun müəllifi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə