FİFA "Trabzonspor"u cəzalandırıb. "Fanatik"in yaydığı xəbərə görə, "Milan"ın şikayətindən sonra ali futbol qurumu bu qərarı verib. İtaliya klubu Trabzon təmsilçisinin Sosa və Yuray Kuçka transferinə görə nəzərdə tutulan məbləği ödəmədiyini əsas götürərək, FİFA-ya şikayət edib. Nəticədə "Trabzonspor"a müvəqqəti transfer qadağası qoyulub.
Türkiyə klubu "Milan"a 13 milyon lirə ödəməsə, komanda qış fasiləsində heyətinə oyunçu qata bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB