İlk iki dövrədən sonra futzal üzrə Yüksək Liqanın turnir cədvəlinə başçılıq edən EKOL komandası mövqeyini qorumaq üçün heyətini gücləndirməyə çalışır. SİA-nın məlumatına görə, paytaxt təmsilçisi Azərbaycan milli komandasının üzvü Ramiz Çovdarovla anlaşıb.
Qış fasiləsinədək “Araz”ın heyətində çıxış edən futzalçı qarşıdakı yarım il ərzində EKOL-un uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, “Araz” dövrələrarası fasilədə Elşən İbramxəlilov və Ruzigar İbrahimzadə ilə yollarını ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB