"Liverpul"dan Deniel Staricə yeni müqavilə təklifi

"Liverpul"dan Deniel Staricə yeni müqavilə təklifi

"Liverpul" futbolçusu Deniel Stariclə yeni müqavilə imzalamağa hazırlaşır. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə klubu 29 yaşlı hücumçu ilə bu ilin yayında başa çatacaq müqaviləsinin müddəti daha 1 il artırmaq istəyir. "Liverpul" "Sevilya"," Valensiya", "Monako", "Milan2, "İnter" və Çin klublarının maraqlandığı oyunçunu komandada saxlamağa çalışacaq. Qeyd edək ki, D.Staric cari mövsüm 10 matçda 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə