"İnter" bu mövsümün sonunda "Real"a keçidi gözlənilən Mauro İkardiyə yeni müqavilə təklif etməyə hazırlaşır. İtaliya mətbuatının yazdığına görə, argentinalı hücumçunu əldən buraxmaq istəməyən Milan təmsilçisi onun maaşını da yüksəltməyi düşünür. Amma 25 yaşlı forvardı saxlamaq elə də asan olmayacaq. Çünki İkardi "İnter"dən illik 8 milyon avro məvacib tələb edir. Klub rəhbərliyi hələlik futbolçunun bu istəyilə ilə bağlı mövqeyini açıqlamayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB