Volkan Dəmirəl əsas komandaya qaytarıldı və üzr istədi

Volkan Dəmirəl əsas komandaya qaytarıldı və üzr istədi

"Fənərbaxça"nın kapitanı Volkan Dəmirəl yenidən əsas komandaya qaytarılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bir müddət öncə klubun vitse-prezidenti Semih Özsoya etdiyi hörmətsizliyə görə əvəzedici heyətə göndərilən qapıçı mətbuat konfransında klub prezidenti və bütün qəlbini qırdığı insanlardan üzr istəyib.

Qeyd edək ki, futbolçu 2002-ci ildən "Fənərbaxça"nın formasını geyinir və 495 matçda iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə