"Şalke"nin müdafiəçisi Naldo "Monako"ya keçməyə yaxındır. SİA-nın məlumatına görə, Fransa klubu 36 yaşlı futbolçu ilə razılıq əldə edib. Hazırda braziliyalı oyunçu klubu ilə 2020-ci ilin yayına qədər olan müqaviləsini qarşılıqlı şəkildə pozmağa çalışır. Onun knyazlıq təmsilçisinə keçidinin bu həftənin sonuna kimi gerçəkləşəcəyi bildirilir.
Qeyd edək ki, "Monako" buna qədər "Çelsi"dən Sesk Fabreqasın transferi üçün ingilis klubu ilə razılıq əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB