2011-ci ildə dünyanın boks üzrə ən önəmli yarışı Bakıda keçiriləcək

2011-ci ildə dünyanın boks üzrə ən önəmli yarışı Bakıda keçiriləcək

AİBA 2011-ci ildə keçiriləcək yarışların təqvimini təsdiq edib. SİA-nın məlumatına görə, ilin ən önəmli turniri Bakıda keçiriləcək böyüklər arasında Dünya çempionatıdır. 2012-ci ildə keçiriləcək London Olimpiadasına lisenziya xarakterli yarış sentyabrın 22-dən oktyabrın 10-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq. Qadınlar arasında Dünya çempionatına isə Türkiyənin Antalya şəhəri ev sahibliyi edəcək. Həmin yarış aprelin 28-dən mayın 8-ə kimi keçiriləcək. Yeniyetmələr arasında Dünya çempionatı isə iyulun 20-dən 31-ə kimi Qazaxıstanın Astana şəhərində baş tutacaq. Avropa Həvəskar Boks Federasiyasının (EUBC) təqvimində də Bakıda təşkil olunacaq bir sıra yarışlar öz əksini tapıb.

İpək Yolu turniri (böyüklər arasında)
8-13 mart
Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir (yeniyetmələr)
9-15 may
Abbas Ağalarovun xatirəsinə həsr olunmuş turnir (gənclər)
7-12 dekabr

Bütün xəbərlər Facebook səhifəmizdə