Xəbər verdiyimiz kimi, Almaniyanın Ştutqart şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Çempionlar Liqasının oyunları keçirilir. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası ilk oyun günündə İsrailin “Dolphins Ashdod” komandasına 1:8, İsveçin “Lundia” klubuna 1:10 hesabı ilə məğlub olub. Təmsilçimiz bu gün saat 15:00-da Almaniyanın “Essen”, saat 18:00-da Fransanın “Paris” komandası ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB