Pol Poqba keçən ayın ən yaxşı futbolçusu seçildi

Pol Poqba keçən ayın ən yaxşı futbolçusu seçildi

"Mançester Yunayted"də dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib. Klubun rəsmi saytında yer alan xəbərə görə, azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən, mankunyanların yarımmüdafiəçisi Pol Poqba bütün rəqiblərini qabaqlayıb. Səslərn 66 faizini toplayan fransalı oyunçu Markus Reşford (28 faiz) və Cessi Linqardı (6 faiz) geridə qoyub.

Qeyd edək ki, dekabr ayında keçirdiyi 6 oyundan beşində meydana start heyətində çıxan Poqba 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə