"Ronaldoya hörmət edirik, amma ondan qorxmuruq"

"Ronaldoya hörmət edirik, amma ondan qorxmuruq"

"Atletiko"nun prezidenti Enrike Sereso Çempionlar Liqasının 1/8 final mərhələsində "Yuventus"la keçirəcəkləri oyunlardan danışıb. "Football İtalia" nəşrinin yaydığı xəbərə görə, E. Sereso bu cütün qalibinin turnirdə finala qədər irəliləyəcəyini bildirib: "Yuventus" Avropanın ən yaxşı komandalarından biridir. Rəqibə böyük hörmətimiz var. Amma biz onları mübarizədən kənarlaşdırmağa çalışacağıq. Klubun prezidenti Andrea Anyelliyə heyranam. Hesab edirəm ki, bu cütün qalibi finala qədər irəliləyəcək. Ümid edirəm ki, bu, biz olacağıq".

"Yuventus"un bu mövsümün əvvəlində "Real"dan transfer etdiyi Kriştiano Ronaldo haqda da danışan klub prezidenti portuqaliyalı superulduzdan qorxmadıqlarını söyləyib: "Ronaldoya qarşı bir neçə dəfə oynamışıq. Hörmət edirik, amma ondan qorxmuruq. Kriştiano inanılmaz futbolçudur və öz dəyərini "Yuventus"da da sübut edir. Ronaldo Messi, Qrizmann, Neymar və Mbappe ilə birlikdə dünyanın ən yaxşı 5 futbolçusundan biridir. O, əsl liderdir".

Qeyd edək ki, "Atletiko" ilə "Yuventus" arasında ilk oyun fevralın 21-də Madriddə keçiriləcək. Cavab matçı isə martın 13-də Turində olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə