"Sevilya"nın futbolçusu "Real"a doğru...

"Sevilya"nın futbolçusu "Real"a doğru...

"Sevilya"nın yarımmüdafiəçisi Pablo Sarabiya karyerasını "Real"da davam etdirə bilər. AS nəşrinin yazdığına görə, ispan futbolçu "kral klubu"nun maraq dairəsinə düşüb. Madrid təmsilçisi "Sevilya" ilə 2020-ci ilin yayına qədər müqaviləsi olan oyunçunu qış fasiləsində heyətinə qatmaq istəyir. Paytaxt klubunun 26 yaşlı yarımmüdafiəçi üçün tələb olunan 18 milyon avronu ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, 2016-cı ildən "Sevilya"da çıxış edən Sarabiya "Real"ın yetirməsidir. O, 2004-2011-ci illərdə "kral klubu"nun formasını geyinsə də, əsas komandada cəmi 1 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə